Satış nöqtələri

“Ləzzət - AA” MMC şəkərli, cemli, qat-qat, şokoladlı peçenyelər, keks, pryaniklər və digər şirniyyat məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmışdır. Şirkətimizin şirniyyat fabrikinin satış nümayəndələri Bakı, Sumqayıt şəhərləri, regionlarda isə Gəncə, Şəki, Qax, Zaqatala, Ağsu, Quba, Masallı, Yevlax, Mingəçevir, Salyan, Hacıqabul və digər regionalar, habelə Naxçıvanda MR- da da xalqımıza layiqincə xidmət göstərməkdədilər. İstehsal etdiyimiz məhsullarımızı Respublikamızın ən ucqar qəsəbə və kəndlərində belə müştərilərmiz tərəfindən əldə etmək mümkündür.





“Ləzzət-A.A.”MMC-nin satış fəaliyyətinin təşkili aşağıdakılardan ibarətdir:





  • Mümkün qədər yüksək istehlaka nail olmaq – İstehsal etdiyimiz məhsullarımızın keyfiyyəti, kəmiyyəti, çeşidi, qiymət əlverişliliyi ilə əlaqədar olaraq yerli bazarda layiqincə təmsil olunması;
  • Bazara ən geniş məhsul çeşidi təklif etmək – Dadı, əmtəə quruluşu və qablaşmasına görə digər şirniyyat məhsullarından seçilən, şirkətimizin istehsal etdiyi məhsulların mümkün qədər müxtəlifliyini təmini və müştərilərimizə ən geniş məhsul çeşidinin təklif olunması;
  • Müştəri məmnuniyyətinə nail olmaq – Şirkətimizin əsas məqsədlərindən biri də hər bir müştəriyə qayğıyla, diqqətlə yanaşmaq və müştərinin məmnunluğunu əldə etməkdir.